Yanvarın 12-də Yerevanda intihar baş verib.
Lent.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, bu gün saat 09:30-da Şenqavit polis şöbəsinə “Armekonombank” filialı ilə üzbəüzdə kişi meyiti aşkarlandığı haqda məlumat daxil olub.
Araşdırma zamanı onun 52 yaşlı Yerevan sakini Ermənistanın məşhur banklarından birində plastik kartlar üzrə departamentin rəis müavini işləyən A.Q. olduğu müəyyənləşdirilib.
Onun hansı səbəbdən intihar etdiyi hələ ki açıqlanmır.