Ermənilər yol çəkən texnikalarımızı ATƏŞƏ TUTDU
09 noyabr 2021 19:58 (UTC +04:00)

Ermənilər yol çəkən texnikalarımızı ATƏŞƏ TUTDU

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

# 4605
avatar

Oxşar yazılar