İyulun 26-da saat 16:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qriqoryan Murad Serezeviç naməlum şəraitdə ölümcül güllə yarası alıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Ermənistan İstintaq Komitəsi əsgər Murad Qriqoryanın "döyüş vəzifəsini yerinə yetirərkən və ya döyüş xidmətində olarkən intihara səbəb olması" faktı ilə bağlı iş açıb,
İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, əsgər Murad Qriqoryan başından güllə yarası ilə döyüş mövqeyində tapılıb. Onun yanından hərbçiyə məxsus avtomat tapılıb.
İstintaq qrupu yaradılıb, hərbçinin ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün ilkin araşdırma aparılır.