Ərinin maşınla vurduğu   və bıçaqladığı qadın öldü - FOTO  - TƏFƏRRÜAT  - YENİLƏNİB
24 mart 2022 18:18 (UTC +04:00)

Ərinin maşınla vurduğu və bıçaqladığı qadın öldü - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB

Goranboyda kişinin həyat yoldaşını "Range Rover" markalı avtomobillə qəsdən vurub, daha sonra bıçaqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə tərəflər arasında ailə münaqişəsi zamanı baş verib.

Məlumata görə, Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayırmış. Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada ərlə arvadın arasında mübahisə düşüb. Nəticədə 37 yaşlı Əfsanə Məmmədova küsərək anasının yaşadığı Dəlməmmədli kəndinə gəlib. Qadın bir neçə gün imiş anası gildə qalırmış. Bu gün isə Mehman Süleymanovla aralarında baş verən mübahisəyə aydınlıq gətirmək üçün qayınanası gilə gəlib. Nəticədə onların arasında mübahisə düşüb. Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi "Range Rover"lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.

Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hər iki şəxsin bu evlilikdən 3 övladı var. Mehman Süleymanova Əfsanə Məmmədova xala oğlu xala qızı olublar. Hadisəni törədən 45 yaşlı Mehman Süleymanov Polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

15:50

Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib. 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Goranboy rayonunun Dəliməmmədli şəhərində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən  avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5991

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15