Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəmnində qadın ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.
22 yaşlı Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.
Daha sonra qadın özünü avtomobildən yerə atıb.
O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.