Ərdoğanın səsi ilə məmur və iş adamlarından pul alan tutuldu
17 avqust 2023 16:51 (UTC +04:00)

Ərdoğanın səsi ilə məmur və iş adamlarından pul alan tutuldu

Türkiyənin Milli İstihbarat Təşkilatı prezident Rəcəb Tayyib Ərdoğanın səsini süni intellektlə təqlid etməyə və bəzi iş adamlarına eləcə də yüksək vəzifəli dövlət məmurlarına zəng edərək qazanc əldə etməyə çalışan şəxsi aşkarlayıb.

Lent.az “İxlas” xəbər agentliyinə istinadla bildirir ki, MİT, fırıldaqçının prezident Ərdoğanın süni intellekt tətbiqləri ilə səsini təqlid etməyə çalışdığını və xarici vətəndaşlar üçün aldığı 10-dan çox fərqli GSM xətti üzərindən iş adamlarına zəng etdiyini ortaya çıxarıb. Araşdırmalar nəticəsində fırıldaqçının şəxsiyyəti və yeri müəyyən edilib.

Həmin şəxs MİT-in kibertəhlükəsizlik bölmələrinin həssas işi sayəsində qısa müddətdə tutularaq təhlükəsizlik bölmələrinə təhvil verilib.

Vətəndaşların kibercinayətlər çərçivəsində bu cür cəhdlərə qarşı diqqətli olması lazım olduğunu vurğulayan rəsmilər ad, səs və şəxsiyyət saxtakarlığına qarşı tədbirlərin davamlı olaraq artırılacağını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Oxşar yazılar