Pskov vilayətində ər-arvad polis əməkdaşına hücum edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin 38 yaşlı əməkdaşı cütlüyün hücumuna məruz qalıb. O, həmkarı və sosial müdafiə işçiləri ilə birlikdə 10 yaşlı uşağın yaşayış şəraitini yoxlamaq üçün gəlib. Hadisə rayonun Novaya kəndində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 30 yaşlı Yekaterina O. və 40 yaşlı İqor O.-nu evlərindən bir qədər aralıda tapıblar. Polislər onlardan evə getmələrini istəyiblər və cütlük buna razılaşıb. Ancaq evin yanına çatanda kişi çəngəl götürüb polisə tuşlayıb. Onların arasında dava düşüb.
Qadın evə girib bıçağı götürərək polis əməkdaşının çiyinlərinə və üzünə vurmağa başlayıb. Sosial müdafiə işçiləri qadının kürəyinə bir neçə dəfə dəyənəklə vurduqdan sonra davanı dağıtmaq mümkün olub.
Məlumata görə, evli cütlük hazırda saxlanılıb. Polis isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.