Bryanskda 39 yaşlı kişi ən yaxın dostunun arvadını zorlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, təqsirləndirilən şəxs ər-arvadın yanında qalıb və onlarla spirtli içki qəbul edib. Dostu yatdıqdan sonra sərxoş qonaq qadınla tək qalıb və onu incitməyə başlayıb. Onu zorla hamama sürükləyərək, qapını bağlayıb. Daha sonra döyüb və zorlayıb. Zərərçəkmiş dəhlizə qaça bilsə də, kişi onu geriyə sürüyərək cinayət əməllərini davam etdirib.
Həmin şəxs dərhal saxlanılıb. O, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini əsas gətirərək günahını etiraf etməyib. Şübhəli şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - 131 (zorlama) və 132 (zərərçəkmişə qarşı zorakılıq tətbiq etməklə cinsi xarakterli digər hərəkətlər) ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə cinayətkar beş il ümumi rejimli islah koloniyasında cəza çəkməli olacaq.