90-cı illərin ən məşhur qatillərindən olan Aleksandr Pustovalov Monino qəsəbəsindəki ciddi rejimli həbsxanadan azad edilib.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, Saşa Soldat kimi tanınan qatil üç dəfə cəza alıb. Nəticədə o, 24 il həbs cəzası çəkib. Pustovalov cəzasını Vladimirski Mərkəzi Həbsxanasında, sonra isə Tver vilayətindəki İslah Müəssisəsi-9 həbsxanasında çəkib. Məlum olub ki, o, 2017-ci ildən həbsdə olarkən ritual məhsulların kolleksiyaçısı, daha sonra isə tərəvəz yığan kimi işləyib.
Qeyd olunur ki, Pustovalov daha 3 il hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətində olacaq, ayda iki dəfə polisdə qeydiyyatdan keçməlidir. Bundan əlavə, onun yaşadığı şəhəri tərk etməsi, eləcə də gecə vaxtı küçəyə çıxması qadağandır.
Pustovalov dəniz piyadası olub və ordudan sonra çevik polisdə xidmət etmək istəyib, lakin 90-cı illərin əvvəllərində Orexovskaya cinayətkar qrupuna daxil olub. O, 1999-cu ildə saxlanılıb. İstintaqın məlumatına görə, Pustovalov hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 30-a yaxın insanın həyatına son qoyub.