Əməkdar artisti maşın vurdu - VƏZİYYƏTİ AĞIRDI  - FOTO
27 oktyabr 2021 10:40 (UTC +04:00)

Əməkdar artisti maşın vurdu - VƏZİYYƏTİ AĞIRDI - FOTO

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Lent.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub. 

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb. Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır. Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən saxlanılaraq dindirilib. 

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.

# 2784
avatar

Oxşar yazılar