Elşən Xəzər həbs edilməsi barədə xəbəri təkzib edib.
Lent.az xəbər verir ki, Elşən Xəzər Globalinfo.az-a açıqlamasında bu məlumatı təkzib edib:
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”.
***
Saat 17:19
Tanınmış meyxanaçı Elşən Xəzərin həbs xəbəri yayılıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Elşən Xəzər İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində avqustun 4-də saxlanılıb.
Hüquq-mühafizə orqanları bu barədə rəsmi məlumat yaymayıb.