Rusiyada əlil kişi intihar edib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Çelyabinsk vilayətinin Kasli şəhərində baş verib. Məlumata görə, mayın 4-nə keçən gecə kişi 15 yaşlı məktəbli qıza sataşıb. Qız pedofilin əlindən qaçandan sonra başına gələnləri nənəsinə danışıb və o, öz növbəsində polisə müraciət edib.
Yeniyetməyə qarşı seksual hərəkətlər maddəsi ilə cinayət işi açıb. Amma səhəri gün cinsi təcavüz edən kişinin intihar etdiyi məlum olub.