Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur - VİDEO  - YENİLƏNİB
08 mart 2024 22:48 (UTC +04:00)

Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur - VİDEO - YENİLƏNİB

Ələsgər Məmmədlinin nədə ittiham olunduğu məlum olub.

Lent.az-ın məlumatına görə, onun vəkili Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Ötən gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

***

Saat 12:26

Toplum TV-nin təsisçisi saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə ictimai fəal Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli keçirilən əməliyyat tədbirlərindən sonra davam edən araşdırmalar çərçivəsində saxlanılıb.

Sosial şəbəkələrdə Ələsgər Məmmədlinin saxlanma anının görüntüləri yayılıb. 

Lent.az həmin görüntüləri təqdim edir:

# 5772
avatar

Oxşar yazılar