Sabiq Baş Prokuror və səfir Eldar Həsənovun səhhətinin son 20 gündə kəskin pisləşməsi səbəbindən bu həftə keçirilməsi planlaşdırılan 2 məhkəmə iclası təxirə salınıb.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili Valeh Mehralıyev məlumat verib.
O bildirib ki, E. Həsənov bu gün son 4 ayda 3-cü dəfə DTX-nın hərbi tibb hospitalına yerləşdirilib.
Qeyd edək ki, 67 yaşlı Eldar Həsənov bir neçə ağır xəstəliklərlə yanaşı artıq hipertoniyadan da əziyyət çəkir.