"Əjdər Ola obyekti özəlləşdirmək üçün  50 min   verdim" - Səlim Müslümov
12 sentyabr 2022 18:01 (UTC +04:00)

"Əjdər Ola obyekti özəlləşdirmək üçün 50 min verdim" - Səlim Müslümov

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanıb.

Prosesdə ifadə verən şahid Saleh Ələkbərov bildirib ki, Gəncə şəhərində yerləşən evini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb. 

"Mənə dedilər ki, evi şəhid ailələri üçün alırlar. 3 otaqlı evi 36 min 500 manata razılaşdıq. Həmin məbləğin 33 min 500 manatını Kamil adlı makler mənə verdi və baş etibarnamə aldı. Bildirdi ki, qalan pulu da yaxın günlərdə verəcək. Amma sonradan qalan məbləği vermədilər. Kamil dedi ki, nazirlik həmin məbləği evin təmirinə sərf edəcək. Mənimlə alqı-satqı müqaviləsi imzalananda evin alış qiyməti  51 min manat göstərilmişdi. Mənə dedilər ki, bu məbləğin sənə aidiyyəti yoxdur",-şahid deyib. 

Digər şahid Ulduz Verdiyeva da ifadəsində Gəncə şəhərində olan 3 otaqlı mənzilini 36 min manata satdlğını deyib:

"Amma həmin mənzili 51 min 500 manata rəsmiləşdirdilər".

Şahid Gülnisə Həşimova isə deyib ki, Yeni Gəncə yaşayış massivində 3 otaqlı evini nazirliyə 31 min 509 manata satıb.

 "Müqavilədə isə həmin ev 51 min manata rəsmiləşdirilib. Mənzili alan makler idi. Mən tanımırdım. 31 min manatı kassadan alıb çıxdım. Sonradan dedilər ki müqavilədə 51 min manat yazılıb. Mən də dedim nə borcuma, mən pulumu almışam. Dedilər ki sənin evini əlil üçün, şəhid ailəsi üçün alırıq. Mən də dedim halal xoşları olsun",-şahid bildirib.

Digər şahid Qurban Nağıyev isə bildirib ki, 3 otaqlı evi 35 min manata satıb:

"Alıcını tanımıram, mən maklerə satmışam. Amma sənəddə 51 min 700 manata satmağıma qol çəkdim. Evim təmirsiz idi. Dedilər ki, dövlət 51 min 700 manat ayırıb ki, ev təmirli olsun". 

Şahid Zaman Səmədovun dediyinə görə, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb. 

"Həmin sahəni özəlləşdirdim. Dedilər ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev idi. Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev dedi ki, 50 min manata alırıq. Razılaşdıq, 10 min manat verdi, dedi qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki,  Səlim Müslümov narazılıq edir, 50 min çoxdur.  Mən torpağımı geri istədim, vermədilər. Mən Səlim Müslümovu heç vaxt görməmişəm", - torpaq sahibi bildirib.

O qeyd edib ki, bu vaxta qədər nə torpaq sahəsini geri ala bilir, nə də pulunu. 

Şahid Elmar Səmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb. 

"Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar", - şahid bildirib. 

Şahid qeyd edib ki, pulunu tələb edəndə isə Əjdər Cəbiyev onu hədələyib:

"Pulumu istəmək üçün dəfələrlə nazirliyə getmişəm. İlk dəfə 3-cü mərtəbədə Əjdər Cəbiyev lə görüşdüm. Əjdər Cəbiyev əsəbiləşib məni otaqdan qovdu. Ondan sonra nə vaxt getdim, aşağıdan polislər məni binaya buraxmadılar. Sonuncu dəfə Əjdər Cəbiyev in telefon nömrəsini tapıb ona zəng vurdum. Əjdər Cəbiyev məni telefonda ölümlə hədələdi. Ondan sonra ona zəng vurmadım. Özümdən qorxmurdum. Bilirdim ki Əjdər Cəbiyev mənə heç nə edə bilməz. Qorxurdum ki ailəmə, uşağıma, qardaşıma nəsə xəsarət yetirər. Ona görə də daha ona zəng vurmadım". 

Proses sentyabrın 19-da davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21