Əjdər Ol
05 aprel 2022 16:15 (UTC +04:00)

Əjdər Ol

Əjdər Ola HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə son söz verilib.

Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, yaşını və fəaliyyətini nəzərə alaraq ədalətli qərar qəbul etsin.

Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Əjdər Cəbiyevə 11 il cəza istəmişdi.

İttihama görə, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Fidan İlqar

Oxşar yazılar