Ehtiyatda olan zabitimiz  Ukraynada həlak oldu - Meyiti ortalıqda qalıb
28 noyabr 2024 13:35 (UTC +04:00)

Ehtiyatda olan zabitimiz Ukraynada həlak oldu - Meyiti ortalıqda qalıb

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, həmin şəxs Goranboy rayonu Nadirkənd sakini Cəlilov Şəhriyar Əjdər oğludur. Qeyd olunub ki, o, Rusiya Silahlı Qüvvələrinin tərkibinə könüllü qoşulub.

Bildirilib ki, mərhum əvvəl Azərbaycanad Daxili Qoşunlarda baş-leytenant kimi xidmət edib, sonra ordudan tərxis olaraq Rusiya ordusunun sıralarına qoşulub.

Şəhriyar Cəlilov noyabrın 17-də Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub. Hazırda meyiti Ukrayna ordusunun nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2798

Oxşar yazılar