Dünən yol qəzalarında 5 nəfər ölüb
15 oktyabr 2021 10:49 (UTC +04:00)

Dünən yol qəzalarında 5 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 51 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilob.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Mehman Nəbiyev

Oxşar yazılar