Dünən yol qəzalarında 3 nəfər ölüb
29 dekabr 2020 14:40 (UTC +04:00)

Dünən yol qəzalarında 3 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 10 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 119 nəfər, borclu şəxs qismində axtarışda olan 99 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

# 1125
avatar

Mehman Nəbiyev

Oxşar yazılar