Dünənki yol qəzalarında 2 nəfər ölüb.
Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, ötən gün respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 9 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 1-i piyadanın vurulması, 1-i isə moped sürücüsünün idarəetməni itirərək mopedi yolun mənarındakı hasara vurması hadisəsi olub.