Dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə saxlayaraq yaşadıqları evlərə qaytarıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.