Dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları respublika ərazisində yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsini müəyyən edərək saxlayıblar.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tibbi qaydalar gözlənilməklə onlardan 48 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.