Dekabrın 21-də 27 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.