Dubaydan Tbilisə uçan təyyarə Bakıda eniş etdi
27 dekabr 2022 12:35 (UTC +04:00)

Dubaydan Tbilisə uçan təyyarə Bakıda eniş etdi

Dubaydan Tbilisə uçan təyyarə Bakıda eniş edib.

AZAL-dan Lent.az-a verilən məlumata görə, Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

“Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Arzu Qurbanlı

Oxşar yazılar