Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri VƏFAT ETDİ
04 iyun 2024 21:01 (UTC +04:00)

Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri VƏFAT ETDİ

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.

Bildirilib ki, Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474
avatar

Oxşar yazılar