Dostları ilə söhbət edərkən yanıb öldü
16 dekabr 2023 17:21 (UTC +04:00)

Dostları ilə söhbət edərkən yanıb öldü

Türkiyədə kişi qəflətən yanaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Sarıyer qəsəbəsində meşəlik ərazidə baş verib. 42 yaşlı Ali Kılıç dostları ilə tonqal ətrafında söhbət edərkən qəflətən qığılcımlardan biri onun paltarına düşüb. Nəticədə onun paltarı yanmağa başlayıb. Dostları onun üzərinə su töksələr də, xeyri olmayıb.

Ağacların arasında yuvarlanan Ali Kılıç faciəvi şəkildə ölüb. Məlumata görə, hadisə zamanı onun əlində tez alışan maye olub.

Qeyd edək ki, Ali Kılıç 2020-ci ildə İstanbul Sarıyerdə düşdüyü 12 metrlik quyudan 52 saat sonra sağ çıxdığı üçün gündəm olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3973

Oxşar yazılar