Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Novruzov Dünyamalı Əlirza oğlu tanışı ilə əlbıyaxa dava zamanı bıçaqlanıb. Onun qol, ayaq və qarın nahiyəsinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.