Rusiyada diş həkiminə gedən azyaşlı qanaxmadan ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ryazanda özəl stomatoloji klinikaların birində baş verib. Ana üç yaşlı oğlunu diş həkiminə aparıb. Həkim uşağın dişini müalicə edərkən birdən qanaxma başlayıb. Həkim qanaxmanı dayandırıb və işinə davam edib. Bütün tibbi prosedurlardan sonra körpə evə göndərilib.
Lakin iki gün sonra uşaq qəfildən xəstələnib və gələn təcili yardım onun öldüyün deyib.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Müstəntiqlər hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər. Bu arada, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin işin istintaqını şəxsi nəzarətinə götürüb.