Məktəb direktoru Nailə Məmmədovanın ad günü məclisində iştirak edən müğənni Mətanət İsgəndərlinin sərbəst buraxılması və ona hər hansı cərimə yazılıb-yazılmaması insanların əksəriyyətində sual yaradıb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müğənninin əməlində inzibati xəta olduğu üçün o, sərbəst buraxılıb. Lakin M.İsgəndərlinin cərimələnib-cərimələnməməsi ilə bağlıdəqiq məlumat yoxdur.
Qeyd edək ki, Bakı şəhəri C.Cabbarlı adına 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova karantin qaydalarını pozaraq özünə ad günü məclisi qurub. Bununla bağlı sosial şəbəkədə paylaşılan görüntülərdə tanınmış müğənni Mətanət İsgəndərlinin də məclisdə iştirak etdiyi əks olunub. O, saxlanılan məclis iştirakçıları arasında olsa da, sərbəst buraxılıb.