Zaqatalada dirəkdən yıxılan 61 yaşlı kişi ağır xəsarət alıb.
Lent.az-ın məlumatına görə, rayonun Əliabad qəsəbə sakini 1961-ci il təvəllüdlü Hacıbəy Muradov sağ gözün dağılması, sağ bazunun termiki yanığı, hər iki baldırın açıq yerdəyişən sınığı və burun sümüyünün açıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı H. Muradovun hündür dirəkdən yıxılaraq müxtəlif dərəcəli xəsarətlər aldığı məlum olub.
H. Muradova lazımi tibbi yardım göstərilib.
Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərmək qərarı alınıb.
Faktla bağlı araşdırma aparılır.