Saxlanılan Nemət Məmmədov
12 yanvar 2021 14:01 (UTC +04:00)

Saxlanılan Nemət Məmmədov

DİN-dən xüsusi ƏMƏLİYYAT: qanunsuz dollar satan tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40000 (qırx min) ABŞ dollarını 69900 (altmış doqquz min doqquz yüz) manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.

Saxlanılan şəxs 1 dolları rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.

Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.

Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.

Qanunsuz valyuta dəyişən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859
avatar

Mehman Nəbiyev

Oxşar yazılar