Daxili İşlər Nazirliyi "TikTok"erin polis bölməsində başının qırxılması barədə iddialara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a bildirib ki, kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz:
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib".
Qeyd edək ki, "TikTok"da bir gənc bəzi polisləri təhqir edib. İddialara görə, bu səbəblə həmin şəxs polis tərəfindən saxlanılıb və başı qırxılıb.