Dağıstanda dilinə pirsinq qoyduran qadın ölüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, paytaxt Mahaçqalada baş verən hadisə barədə məlumatı bir həkim sosial şəbəkədə yayıb.
Məlumata görə, sonradan dildə yaranan irin ağciyərə keçib, sepsis inkişaf edib. Qeyd olunur ki, bundan əvvəl başqa bir qızda da eyni hallar müşahidə olunsa da, onu xilas etmək mümkün olub.
Həkim qeyd edir ki, dildə pirsinq ölümcül dərəcədə təhlükəlidir, çünki dildə çoxlu bakteriya va. İrin əmələ gəlir, bu irin dildən boyuna, oradan isə ağciyərə keçir.
Özünü fəaliyyət göstərən həkim kimi təqdim edən paylaşım müəllifi bu təhlükəli dəbin dayandırılmasına çağırıb və prosesin fiziologiyasını izah edib: ağız boşluğundakı infeksiya yumşaq toxumalar vasitəsilə çox sürətlə yayılır və nəzarətsiz irinlənməyə səbəb olur.