Dərnəgüldə anbardakı yanğınla bağlı SON XƏBƏR -  YENİLƏNİB
18 avqust 2022 16:36 (UTC +04:00)

Dərnəgüldə anbardakı yanğınla bağlı SON XƏBƏR - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda Ziya Bünyadov prospekti yaxınlığında anbarda və ona bitişik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lent.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb

***

14:49

Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.

***

14.13

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.04

Bakıda sexin anbarında yanğın başlayıb.

Lent.az xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

# 1917
avatar

Oxşar yazılar