Dəm qazından zəhərlənən qadın öldü-YENİLƏNİB
03 oktyabr 2021 09:40 (UTC +04:00)

Dəm qazından zəhərlənən qadın öldü-YENİLƏNİB

0

Qazaxda dəm qazından zəhərlən qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq 1968-ci il təvəllüdlü Qəmər Ömərova bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

***

2 oktyabr saat 20.57

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

1968-ci il təvəllüdlü Qəmər Ömərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Q.Ömərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3340

Oxşar yazılar