Dələduzluqda təqsirləndirilən şəxs Livandan ekstradisiya edildi
29 noyabr 2023 08:02 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən şəxs Livandan ekstradisiya edildi

Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli səviyyədə və müxtəlif beynəlxalq platformalar çərçivəsində sıx işgüzar fəaliyyət davam etdirilir.

Ədliyyə Nazirliyindən Lent.az-a bildirilib ki, təkcə bu il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.

Bundan əlavə, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livan Respublikasında müəyyən olunub və o, həbs edilib. 

Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib. 

Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21