Dələduzluq edən "vəkil" saxlanıldı - FOTO
05 may 2021 10:19 (UTC +04:00)

Dələduzluq edən "vəkil" saxlanıldı - FOTO

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər. 

Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb. Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.

E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5019

Oxşar yazılar

Bakıda toy zamanı  restoran alovlandı

Bakıda toy zamanı restoran alovlandı

21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58