Dairəvi yolda yük avtomobili yandı, tıxac yarandı-FOTO
09 may 2023 04:33 (UTC +04:00)

Dairəvi yolda yük avtomobili yandı, tıxac yarandı-FOTO

0

Bakıda yük maşını qəflətən yanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb. Yanğın qısa müddətdə genişlənib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb. 

Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunub.

Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar