Daha bir yol qəzasında 4 nəfər xəsarət aldı
18 oktyabr 2021 08:32 (UTC +04:00)

Daha bir yol qəzasında 4 nəfər xəsarət aldı

0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Hərəkətdə  olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı hasara çırpılıb. Qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlar rayonun Yanıqlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Huseynov Vidadi Eyvaz oğlu,1998-ci il təvəllüdlü İsmaylov Elfaq Aydın oğlu, 1998-ci il təvəllüdlü Mustafayev Məhərrəm Seymur oğlu və 1995-ci il təvəllüdlü Mehdiyev Azər Eyyub oğludur.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1193

Oxşar yazılar