TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.
Lent.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov (Xaqocan) barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb.
Qeyd edək ki, X. Hüseynov sosial mediada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb. "TikTok"da onun 883.3 min izləyicisi var.