Daha bir rayonda toy etdilər -  VİDEO
12 fevral 2021 10:36 (UTC +04:00)

Daha bir rayonda toy etdilər - VİDEO

Ağstafada toy edənlər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə Ağstafa rayon Polis Şöbəsinə rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Ağstafada toy edənlər cərimələndi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2740

Oxşar yazılar