Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 32-ci kilometrliyində baş verib. Mirizadə Ağamir Bağır oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 41 yaşlı musayev Elnur Eyvaz oğlunu vurub. Nəticədə piyada yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.