Bakıda 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Bakı şəhəri Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
R.Ağayevin həmin narkotik vasitəni “Şəhruz” adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.