Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul şəhərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 120 nəfər saxlanılıb. Onların 33-ü Əfqanistan, 21-i Pakistan, 3-ü Banqladeş, 1-i Anqola və 1-i Azərbaycan vətəndaşıdır.
Ölkəyə qaçaq yollarla miqrant gətirən 2 nəfər də həbs edilib.
Miqrantla isə yerli miqrasiya orqanına yerləşdirilib.