Odessada 71 yaşlı kişi akademik Saxarov küçəsindəki hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mərhumun həyat yoldaşı polisə COVİD-19 xəstəsi olduğunu söyləyib. Eyni zamanda, kişi xəstəxanaya yerləşdirilməsindən imtina edib.
Həyat yoldaşı əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar onun həyat yoldaşı həyatına son qoyacağı barədə fikirlər söyləyirmiş.