İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində bədəni üzərində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyit aşkar olunması barədə məlumat daxil olub.
Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxsin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğlu olduğu müəyyən edilib.