Azərbaycanda FACİƏ: xəstə oğul atasını öldürdü
20 iyul 2020 10:09 (UTC +04:00)

Azərbaycanda FACİƏ: xəstə oğul atasını öldürdü

İyulun 19-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6346
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03