Əcnəbi vətəndaşı küçədə soydular - Cinayətkar tapıldı
01 fevral 2020 13:58 (UTC +04:00)

Əcnəbi vətəndaşı küçədə soydular - Cinayətkar tapıldı

0


Bakıda əcnəbi vətəndaş soyulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində  2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabını açıq talama yolu ilə aldığını bildirib.   

Dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1132

Oxşar yazılar