Çindən ölkəmizə gələn yük avtomobilində yoxlama aparılıb
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən yük avtomobili yoxlanılıb. Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.