Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanan avtomobillər Çindən gətirilirmiş.